UNİCEF: Heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir"

UNİCEF:  Heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir"
# 23 avqust 2017 13:08 (UTC +04:00)

“Heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir”. Ombudsman aparatından APA-ya verilən məlumata görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Entoni Leykin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinkinin iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olmasına dair bəyanatına cavab olaraq göndərdiyi məktubda deyilir.

Məktubda göstərilir ki, BMT-nin baş katibinin mart ayında qeyd etdiyi kimi, BMT bütün tərəfləri atəşkəs sazişini sarsıda biləcək istənilən hərəkətlərdən çəkinməyə, onları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qətiyyət nümayiş etdirməyə səsləyən çağırışı dəstəkləyir: “UNİCEF bu cür həll yolunun əldə edilməsi üçün səylərin davam etdiyi bir vaxtda münaqişənin təsirinə məruz qalan bütün uşaqların hər cür müdafiə ilə təmin edildiklərinə ümid edir”.

Məktubda UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin uşaq və gənclərə ən yaxşı və ən təhlükəsiz təşəbbüslər istiqamətində köməyin göstərilməsində öz rolunu davam etdirəcəyi diqqətə çatdırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR