İyulda ipoteka kreditləşməsi 38% artıb

İyulda ipoteka kreditləşməsi 38% artıb
# 08 sentyabr 2017 15:25 (UTC +04:00)

2017-ci ilin iyul ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 16,5 mln. manat həcmində ipoteka krediti verilib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, iyun ayı ilə müqayisədə 38,65% və ya 4,6 mln. manat artıb. Bununla belə, bu il banklar tərəfindən 93,3 mln. manatlıq ipoteka krediti verilib.

Cari ilin iyul ayında dövlət büdcəsindən AİF-ə 4,6 mln. manat həcmində vəsait ayrılıb.

Bu ilin iyul ayında AİF 12,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

İyulda Bakı Fond Birjasında AİF-in 25 mln. manat həcmində istiqrazı yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin avqustun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 42 451,3 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,60%, aylıq ödəniş isə 303 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR