Nazirlik 500 nəfərdən çox əlil şəxsi iş yerləri ilə təmin edib

Nazirlik 500 nəfərdən çox əlil şəxsi iş yerləri ilə təmin edib
# 31 oktyabr 2016 09:16 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və məşğulluğunun təminatı istiqamətində həyata keçirdikləri tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında əlavə olaraq daha 501 nəfər əlilliyi olan şəxs münasib iş yerləri ilə təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,

onlardan 158 nəfərin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən olunmuş kvota üzrə iş yerlərində işlə təminatı həyata keçirilib.

Bununla yanaşı, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin, boş vaxtları ərzində əlavə qazanc əldə etmək üçün xidmətin əmək birjaları vasitəsilə qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərlə təmin olunanların da bir qismini əlilliyi olan şəxslər təşkil edib.

Yanvar-sentyabr aylarında nazirlik tərəfindən 353 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına da cəlb edilib. Həmin şəxslərdən 131 nəfəri nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına, 222 nəfəri isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR