Bakı-Rostov qatarının hərəkətində dəyişiklik ediləcək

Bakı-Rostov qatarının hərəkətində dəyişiklik ediləcək
# 25 yanvar 2018 13:14 (UTC +04:00)

“Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 03:25-də yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR