"Azərbaycan İstilik Elektrik Stansiyası"nın enerji satışından gəlirləri 1,9 dəfə artıb

"Azərbaycan İstilik Elektrik Stansiyası"nın enerji satışından gəlirləri 1,9 dəfə artıb
# 05 aprel 2018 08:38 (UTC +04:00)

2017-ci ildə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin aktivləri 556,400 mln. manat olub ki, bu da 2016-cı illə müqayisədə 13,42% və 65,85 mln. manat çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Aktivlərin 414,996 mln. manatı uzunmüddətli, 141,404 mln. manatı isə qısamüddətli aktivlərdir.

Şirkətin öhdəlikləri 43,87% və ya 69,733 mln. manat artaraq 228,696 mln. manata çatıb ki, bunun da 74,355 mln. manatı qısamüddətli, 154,341 mln. manatı isə uzunmüddətlidir.

Hesabat dövründə şirkətin nizamnamə kapitalı dəyişməyərək 5,108 mln. manat olub.

2016-cı il ilə müqayisədə 2017-ci ildə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın enerji satışından gəlirləri 1,86 dəfə artaraq 344,455 mln. manata çatıb.

Şirkət ötən ili 3,883 mln. manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR