Bakı metrosundan istifadə edənlərin sayı 3% azalıb

Bakı metrosundan istifadə edənlərin sayı 3% azalıb
# 17 oktyabr 2016 15:27 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı metrosunun xidmətindən istifadə edənlərin sayında azalma davam edir.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 157,7 mln. nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,9% azdır.

Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,2%-i metronun payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR