Xam pambığın II və III növlərinin alış qiyməti hər ton üçün 10 manat artırılıb

Xam pambığın II və III növlərinin alış qiyməti hər ton üçün 10 manat artırılıb
# 07 sentyabr 2017 07:45 (UTC +04:00)

“Azərpambıq” MMC pambıq istehsalçılarına müraciət edib.

“Azərpambıq”dan “APA-Economics”ə verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin 13.07.2017-ciil tarixdə imzaladığı “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq pambıq əkən fermerləri daha da həvəsləndirmək və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə “Azərpambıq” MMC-nin regionlarda olan zavod və məntəqələri tərəfindən bağlanmış müqavilələr əsasında bu il qəbul ediləcək xam pambığın 2-ci və 3-cü növlərinin alış qiyməti hər ton üçün 10 manat artırılıb.

Məlumata görə, növlər üzrə xam pambığın alışı aşağıdakı qiymətlərlə ödəniləcək:

I növ - 500 manat

II növ - 480 manat

III növ - 450 manat

IV növ – 400 manat

“Azərpambıq” MMC pambıq istehsalçılarını əmin edir ki, 2017-ci il mövsümündə təhvil veriləcək pambığın dəyərinin vaxtında ödənilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR