PSJ Fransa kubokunda yarımfinala yüksəlib

PSJ Fransa kubokunda yarımfinala yüksəlib
# 27 fevral 2019 08:56 (UTC +04:00)

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinə start verilib. ONA-nın məlumatına görə, ilk yarımfinalçı Parisdə müəyyənləşib.
Son 4 mövsümdə kuboku başı üzərinə qaldıran PSJ evdə “Dijon”la qarşılaşıb. Paytaxt təmsilçisi matçın taleyini ilk yarıda həll edib. Anxel Di Mariyanın dublu PSJ-yə üstünlük qazandırıb. Fasilədən sonra Tomas Menye komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, bu gün 1/4 finalda daha iki oyun keçiriləcək. “Lion” “Kan”ı, “Renn” “Orleans”ı qəbul edəcək. “Vitre” – “Nant” qarşılaşması isə martın 6-da baş tutacaq.
Fransa kuboku
1/4 final
26 fevral
PSJ – “Dijon” – 3:0

Di Mariya, 8, 27, Menye, 76

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR