Senator Bob Korker: "Trampın hərəkətləri III Dünya müharibəsi ilə nəticələnə bilər"

Senator Bob Korker: "Trampın hərəkətləri III Dünya müharibəsi ilə nəticələnə bilər"
# 09 oktyabr 2017 04:32 (UTC +04:00)

Senator Bob Korker ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasəti tənqid edib.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat verib.

Senator deyib ki, Tramp öz işinə realiti şou iştirakçısı kimi yanaşır: “Tramp digər ölkələri təhdid edir, onun hərəkətləri III Dünya müharibəsinə gətirib çıxara bilər. O məni narahat edir. Ölkəmizi düşünən hər bir kəs narahat olmalıdır”.

Qeyd edək ki, Senatda Tennessi ştatını təmsil edən 65 yaşlı respublikaçı seçkiqabağı kampaniya dövründə D.Trampın tərəfdarlarından biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR