Hindistanda avtobus çaya düşüb, 10 nəfər ölüb

Hindistanda avtobus çaya düşüb, 10 nəfər ölüb
# 27 mart 2017 07:59 (UTC +04:00)

Hindistanda avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, qəza Manipur ştatında baş verib.

Qəzanın səbəbləri məlum olmasa da, sürücünün idarəetməni itirdiyini və avtobusun yoldan çıxaraq çaya düşdüyü bildirilir. Xəsarət alanların əksəriyyətini vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur.

Beynəlxalq Səhiyyə Təşkilatın məlumatına görə, hər il Hindistanda yol qəzaları nəticəsində azı 200 min insan ölür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR