"Kanal-13"ün icraçı direktorunun cinayət işi məhkəməyə göndərilib

"Kanal-13"ün icraçı direktorunun cinayət işi məhkəməyə göndərilib
# 15 sentyabr 2017 08:06 (UTC +04:00)

"Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

APA-nın məlumatına görə, bu barədə vəkil Cavad Cavadlı bildirib.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR