Nebenzya: “BMT-də İrana qarşı araşdırmanın aparılmasına əsas yoxdur”

Nebenzya: “BMT-də İrana qarşı araşdırmanın aparılmasına əsas yoxdur”
# 01 fevral 2018 03:36 (UTC +04:00)

Rusiya BMT-də İrana qarşı hər hansı araşdırmanın aparılmasına əsas görmür.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

“Xeyr, buna lüzum görmürük”, deyə jurnalistlərin suallarını cavablandıran diplomat qeyd edib.

V.Nebenzya həmçinin İranı qanunsuz yolla raket silahları istehsal etməkdə və üsyançı husilərə raketlər verməkdə günahlandıran ABŞ-lı həmkarı Nikki Heylinin bəyanatlarına da münasibət bildirib.

“Bu mövzuda hələ ki, qeyri-müəyyən söhbətlər eşidirik, başqa heç nə. Üstəlik BMT strukturunda xüsusi sanksiya komitəsi mövcuddur və müvafiq nəticələr həmin qurum tərəfindən çıxarılır”, deyə V.Nebenzya vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR