Binəli Yıldırım: “Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək”

Binəli Yıldırım: “Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək”
# 15 mart 2018 11:06 (UTC +04:00)

“Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə əməkdaşlıq edir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir: “Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”.

Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Vaşinqtona səfəri və bəzi Konqres üzvlərinə mükafat verməsi ilə bağlı sualı cavablandıran B. Yıldırım qeyd edib ki, ABŞ senatorları Dağlıq Qarabağdakı ermənilərdən mükafat almaq yerinə, onlardan törətdikləri insanlıq suçunun hesabını soruşmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR