SOCAR bu il 1,1 mlrd. kubmetr qaz idxal edib

SOCAR bu il 1,1 mlrd. kubmetr qaz idxal edib
# 20 sentyabr 2017 13:39 (UTC +04:00)

2017-ci ilin 8 ayında SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 4 mln. 963,9 min ton xam neftin 3 mln. 858,7 min tonu emala yönəldilib, 968,8 tonu isə ixrac edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, SOCAR tərəfindən bu dövrdə 3 mlrd. 959,4 mln. kubmetr qaz hasil edilib, 1 mln. 110,9 kubmetr qaz idxal edilib və "Şahdəniz" yatağından 1 mlrd. 750,3 mln. kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. "Eyni zamanda AÇG-dən sazişin şərtlərinə əsasən 2 mlrd. 216,4 mln. kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 6 mlrd. 562,4 mln. kubmetri daxili bazarda satılıb, 803 mln. kubmetri isə ixrac edilib", - deyə vitse-prezident vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR