Qusarda 10 otaqlı ev yanıb

Qusarda 10 otaqlı ev yanıb
# 08 aprel 2018 19:50 (UTC +04:00)

Qusarda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evdə baş verib. Nəticədə evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR