Müsavat funksionerinə hökm oxunub

Müsavat funksionerinə hökm oxunub
# 03 oktyabr 2017 13:24 (UTC +04:00)

Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı Rayon təşkilatının sədri Xasay Fərzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə X. Fərzullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, prokuror onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xasay Fərzulayevə qarşı Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

O, idarə etdiyi avtomobillə rayonun Bədəlan kəndi ərazisində kənd sakini Tağıyev Rauf Rafiq oğlunu vurub. Sürücü xəsarət alan şəxsi xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb. Onun həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR