Bakıda azyaşlı 2 m dərinliyində çalaya düşüb

Bakıda azyaşlı 2 m dərinliyində çalaya düşüb
# 18 sentyabr 2017 14:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda tikinti aparılan ərazidə azyaşlının bünövrə çalasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın Nazirliyin syatına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunublar.

Uşaq dərinliyi təqribən 2 m olan çaladan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR