Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb
# 18 yanvar 2018 12:56 (UTC +04:00)

Yanvarın 18-də Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəli 8-ci görüşü başa çatıb.

MN-dən APA-ya verilən məlumata görə, görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün nəticələrinə əsasən protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR