Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən M.Əsədov orada ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.