BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edilib

BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edilib
# 26 aprel 2018 09:19 (UTC +04:00)

Böyük Britaniyanın BP şirkətinin Direktorlar Şurasına yeni rəhbər təyin edilib.

"APA-Economics" şirkətə istinadən xəbər verir ki, 2019-cu ilin yanvarın 1-dən bu vəzifəni Helge Lund icra edəcək.

Məlumata görə, 2018-ci ilin sentyabrın 1-dən etibarən H.Lund BP-nin Direktorlar Şurasının üzvlüyündə təmsil olunacaq. O, gələn ilin yanvarın 1-dən Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərəcək.

Yeni təyinatla əlaqədar H.Lund Danimarkada "Novo Nordisk AS"nin sədri vəzifəsindən, eləcə də "Schlumberger"in rəhbərliyindən istefa verəcək.

Qeyd edək ki, hazırda BP-nin Deirektorlar Şurasının sədri və qeyri-icraçı direktoru Karl Henrik Şvanberqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR