Qazaxda ev yanıb

Qazaxda ev yanıb
# 27 may 2018 18:09 (UTC +04:00)

Qazaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bitişik tövlə və yardımçı tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR