Rusiya, Türkiyə və İran Suriya üzrə görüşü müzakirə ediblər

Rusiya, Türkiyə və İran Suriya üzrə görüşü müzakirə ediblər
# 13 yanvar 2017 19:24 (UTC +04:00)

Bu gün Moskvada Rusiya, Türkiyə və İran diplomatları Astanada keçiriləcək Suriya üzrə görüş ilə bağlı məsləhətləşmələr keçiriblər.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

“Danışıqlarda Astanada keçiriləcək Suriya ilə bağlı görüşün təşkilati məsələləri diqqət mərkəzində olub”, məlumatda deyilir.

Məsləhətləşmələr xarici işlər naziri müavinləri səviyyəsində baş tutub. Toplantının açılışında Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Qeyd edək ki, Astanada keçiriləcək görüş 23 yanvar tarixinə nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR