Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - YENİLƏNİB

Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 18 yanvar 2018 16:05 (UTC +04:00)

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

***

16.06

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR