İlk nəticələr: Tramp Kentukki və İndianada liderdir

İlk nəticələr: Tramp Kentukki və İndianada liderdir
# 09 noyabr 2016 00:39 (UTC +04:00)

ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp Kentukki ştatında liderdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının ilk nəticələri açıqlanıb.

Hesablanmış 2 min bülletenin nəticəsinə görə, Tramp 79 faiz, Klinton isə 18 faiz toplayıb.

Sorğuların nəticəsinə görə, ştatda 15-20 faizlik üstünlüklə Trampın qələbə çalacağı gözlənilir. Kentukki ştatında səsvermənin Bakı vaxtı ilə 04.00-dək davam edəcəyinə baxmayaraq, artıq bir neçə seçki məntəqəsi bağlanıb.

Ştat sonuncu dəfə 1996-cı ildə demokratları dəstəkləyib. O zaman Demokratlar Partiyasından ikinci müddətə namizədliyini irəli sürmüş Bill Klinton qələbə qazanmışdı.

İndiana ştatında bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Tramp 69,3 faiz, Klinton isə 27,5 faiz səs toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR