Masallıda fərdi evdə yanğın olub

Masallıda fərdi evdə yanğın olub
# 30 iyul 2017 18:02 (UTC +04:00)

Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Allahyarlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının çardaq və tavanı 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR