“Azərenerji” iyunda enerji istehsalını 11% artırıb

“Azərenerji” iyunda enerji istehsalını 11% artırıb
# 31 iyul 2018 16:55 (UTC +04:00)

Bu ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,706 mlrd. kV/saat olub.

“Azəreneji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən “APA-Economics”ə verilə məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 11% çoxdur. Xatırladaq ki, 2017-ci ilin iyun ayında bu rəqəm 1,537 mlrd. kV/saat təşkil edib.

Bu artım imkan verib ki, “Azərenerji” ASC ilə İranın “TAVANİR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə 2018-ci ildə imzalanmış müqaviləyə əsasən məhz iyun ayından etibarən Azərbaycandan İrana elektrik enerjisinin ixracına başlanılsın. Eləcə də, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Eyni zamanda, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR