Cavad Cahangirzadə: "İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir"

Cavad Cahangirzadə: "İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir"
# 09 fevral 2017 13:35 (UTC +04:00)

"İranla Azərbaycan hərbi sahədə də əməkdaşlıq edir".

APA-məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

O, Azərbycanın müdafiə naziri Zakir Həsənovun İrana səfər edəcəyini bildirib: "Biz bu sahədə əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Hər şey etməliyik ki, iki ölkə arasında əlaqələr daha yüksək səviyyədə olsun. Bakıda silah sərgisində də İrandan Azərbaycana nümayəndə heyəti gəldi. Əməkdaşlıqla bağlı bəzi müzakirələr olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR