Lənkəranda 23 yaşlı gənc traktordan yıxılıb, vəziyyəti orta-ağırdır

Lənkəranda 23 yaşlı gənc traktordan yıxılıb, vəziyyəti orta-ağırdır
# 03 mart 2019 16:50 (UTC +04:00)

Lənkəranda 23 yaşlı gənc traktordan düşərək yaralanıb.

ONA-nın Cənub bürosundan verilən məlumata görə, ehtiyatsızlıq ucbatından traktorun ban hissəsindən düşən şəxs rayonun Bala Şürük kənd sakini, 1996-cı il təvəllüdlü Maarif Xanağa oğlu İmanovdur.

M. İmanov traktorun sürücüsü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. M.İmanovun vəziyyəti orta-ağır qiymətləndirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR