Kəşmirdə iğtişaşlar zamanı 60-dan çox polis xəsarət alıb

Kəşmirdə iğtişaşlar zamanı 60-dan çox polis xəsarət alıb
# 29 mart 2017 02:57 (UTC +04:00)

Hindistanın Cammu və Kəşmir ştatında etirazçılarla toqquşmalar zamanı 63 polis xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl üç dinc sakininin və bir silahlının öldürüldüyü bildirilib.

Xəsarət alanların ümumi sayı 80-dən çoxdur.

İğtişaşlar polisin Çadura şəhərində silahlıların müəyyən edilərək saxlanılması üzrə əməliyyatı zamanı baş verib. Yerli sakinlər əməliyyata mane olmaq məqsədi ilə polisi daşqalaq ediblər. Polis gücdən istifadə etməyə məcbur olub.

Hazırda xüsusi əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR