Səfir: “SOCAR Cənub-Şərqi Avropa ölkələrinin pərakəndə satış bazarına çıxmaq üçün imkanları araşdırır”

Səfir: “SOCAR Cənub-Şərqi Avropa ölkələrinin pərakəndə satış bazarına çıxmaq üçün imkanları araşdırır”
# 13 oktyabr 2016 12:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Enerji sahəsi Azərbaycan və Bolqarıstanın ikitərəfli münasibətlərinin mühüm tərkib hissəsidir.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “Novinite” xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son illər ərzində ölkələrimiz bu sahədə əməkdaşlıqda ciddi irəliləyiş əldə ediblər: “Məlumdur ki, hələ də enerji məsələləri üzrə reallaşmamış potensial mövcuddur. Biz Bolqarıstan hökumətinin Azərbaycana enerji təhlükəsizliyinin təminatçısı və etibarlı tərəfdaş kimi baxması faktını yüksək qiymətləndiririk. Həmçinin, Bolqarıstanın gələcəkdə də ikitərəfli sıx əməkdaşlıq etmək istəyini və energetika sahəsində bolqar tərəfdaşlarımızla qarşılıqlı tərəfdaşlığın inkişaf etdirilməsini yüksək dəyərləndiririk”.

Səfir deyib ki, SOCAR Balkanı energetika sahəsində xarici tərəfdaşlarla əməkdaşlığı möhkəmlətmək üçün aparıcı region hesab edir: “Bakıda Bolqarıstan hökumətinin və nümayəndə heyətinin üzvləri SOCAR və Energetika Nazirliyində görüşlər keçiriblər. Bolqarıstan tərəfinin təklifi hazırda baxılma ərəfəsindədir. SOCAR Cənub-Şərqi Avropa ölkələrinin pərakəndə satış bazarına çıxmaq üçün texniki və kommersiya imkanlarını araşdırır. Eyni zamanda, SOCAR Bolqarıstanın neft bazarına çıxmağın potensial imkanlarını nəzərdən keçirir. Biz Bolqarıstanın neft bazarında uzunmüddətli perspektiv üçün mümkün kommersiya mövcudluğumuzdan o zaman danışa bilərik ki, hazırkı mərhələdə bizim Balkan regionunda əsas üstünlüyümüz qaz təchizatı və konnektor layihələri, o cümlədən texniki və məsləhət xidmətlərini təmin etmək olsun. Bilirsiniz ki, “SOCAR Balkans” İon-Adriatik qaz kəməri layihəsinin texniki məsləhətçisi qismində çıxış edir. Şirkət həmçinin, Albaniya və Monteneqronun qazlaşdırılması planlarına öz köməyini göstərir, həmçinin Çirendə yeraltı qaz anbarının genişləndirilməsi üçün 3D seysmik xidmətləri üçün tenderdə iştirak etmək niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR