Lüksemburq hakim partiyasının funksioneri: “Azərbaycana qarşı kampaniya ədalətsizdir”

Lüksemburq hakim partiyasının funksioneri: “Azərbaycana qarşı kampaniya ədalətsizdir”
# 18 oktyabr 2017 16:13 (UTC +04:00)

Böyük Lüksemburq Hersoqluğu Xalq Partiyasının funksioneri, keçmiş deputat Jak-lv Henkesin başçılıq etdiyi nümayəndə heyəti Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla birlikdə Azərbaycanda səfərdədir.

Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova APA-ya bildirib ki, qonaqlar bu gün bir sıra görüşlər keçiriblər. O qeyd edib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüş zamanı Avropa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, son vaxtlar Qərbin bəzi dairələri tərəfindən aparılan kampaniya müzakirə olunub. S. Seyidov bildirib ki, bəzi Avropa siyasətçiləri Azərbaycana qarşı olduqca ədalətsiz mövqe tutublar. Lüksemburqlu siyasətçi isə deyib ki, səfərinin məqsədi də məhz bu məsələ ilə əlaqədar həqiqətləri öyrənib, Avropaya çatdırmaqdır: “Azərbaycana qarşı bu kampaniya ədalətsizdir. Mən məhz buna görə buradayam ki, sizin həqiqətləri dərindən öyrənib, onu Avropada lazımı formada, aktiv şəkildə çatdırım”.

E. Axundovanın sözlərinə görə, J. Henkes öz ölkəsində tanınmış hüquqşünasdır: “Bu ilin əvvəlində Lüksemburq parlamentinin dəvəti ilə dostluq qrupunun Azərbaycandan olan deputatları bu ölkədə səfərdə olub, 3 gün ərzində Azərbaycan bayrağı bu ölkənin parlamentində dalğalanıb. Biz buna görə ona minnətdarıq. O, uzun müddət Lüksemburq parlamentinin üzvü olub. Hazırda Benilüks Azərbaycanlıları Konqresinin fəxri vitse-prezidentidir”

Görüş zamanı Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avroda azərbaycanlılarının yerli siyasətçilərlə birgə fəaliyyətindən danışıb, yaxın günlərdə Brüsseldə keçiriləcək Qarabağ forumu barədə məlumat verib

Nümayəndə heyəti oktyabrın 21-nə qədər Azərbaycanda olacaq və bir sıra rəsmi görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR