Lavrov: "Qarabağ münaqişəsinin həllində tərəflər biri-birinə inamsızlıqdan imtina etməlidirlər"

Lavrov: "Qarabağ münaqişəsinin həllində tərəflər biri-birinə inamsızlıqdan imtina etməlidirlər"
# 08 aprel 2018 21:55 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olmaq üçün tərəflər, 2011-ci il tarixli Kazan sammitindəki razılaşmalara əsaslanaraq, biri-birinə inamsızlıqdan imtina etməlidirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Ən əsası –hələ də danışıqlarda müşahidə olunan inamsızlıqdan imtina etmək və fikri kifayət qədər çox olan real, praqmatik ideyalar üzərində cəmləşdirmək gərəkdir”, - deyə Lavrov Ermənistan telekanallına müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, həmin ideyalar “kağızda öz əksini” tapmalıdır.

Lavrov qeyd edib ki, 2011-ci il tarixli Kazan sammitinə hazırlıq işləri çox intensiv aparılmışdı, xüsusilə də Minsk qrupu həmsədrləri tərəfindən.

“Lakin artıq sammit vaxtı əlavə sual və şərhlər yarandı. Belə olur. Biz bundan faciə etmirik. İş davam etdiriləcək. Əminəm ki, “Kazan sənədi”ndə yer almış müddəaların əksəriyyəti bu gün də aktualdır”, - deyə Lavrov qeyd edib.

“Düşünürəm ki, o illər əldə olunan nəticələrin heç biri itməyib. Sözsüz, bu illər ərzində yeni ideyalar yarandı, həmsədrlər hazırda münaqişə tərəfləri ilə həmin təklifləri müzakirə etməkdədir”, - deyə nazir qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR