İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB - FOTOSESSİYA

İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2017 09:59 (UTC +04:00)

İmişlidə ağır qəza zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, qəza zamanı İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib.

İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cabbarov Qabil Aydın oğlu isə yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

saat 11.37

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR