Xaçmazda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Xaçmazda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2016 19:35 (UTC +04:00)

Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini 1964-cü il təvəllüdlü Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri 1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

21:20

Xaçmazda ağır yol qəzası baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, 40-BE-882 dövlət nömrə nişanlı “VAZ 2106” və 99-KF-374 dövlət nömrə nişanlı “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR