İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib, yaralananlar var

İsrail aviasiyası Qəzza zolağına hava zərbələri endirib, yaralananlar var
# 08 dekabr 2017 21:14 (UTC +04:00)

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına hava zərbələri endirib.

APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə ordusunun açıqlamasında bildirilir.

“Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq, İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri “Həmas”-ın Qəzzadakı təlim kompleksi və silah-sursat anbarına hava zərbələri endirib”, məlumatda deyilir.

“Reuters” agentliyinin Fələstin Səhiyyə nazirliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Qəzzada azı 25 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR