Kipr Respublikasının xarici işlər naziri: "Azərbaycanla münasibətlərimizin normal olmasını istəyirik"

Kipr Respublikasının xarici işlər naziri: "Azərbaycanla münasibətlərimizin normal olmasını istəyirik"
# 06 dekabr 2016 15:16 (UTC +04:00)

“Azərbaycan Respublikası ilə münasibətlərimizdə soyuqluq hiss olunur, amma buna səbəb biz deyilik. Biz çox istəyirik ki, iki ölkə arasında münasibətlər normal olsun".

APA-nın məlumatına görə, bunu Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulides deyib.

"Çox güman burada əsas məsələ Türkiyənin təsir etməsidir. Dövlətlərin ərazi bütövlüyünün tanınması prinsipdir və bu prinsip hamı üçün eynidir”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR