Bu il banklar 149 mln. manatlıq ipoteka krediti verib

Bu il banklar 149 mln. manatlıq ipoteka krediti verib
# 08 dekabr 2017 13:25 (UTC +04:00)

2017-ci ilin oktyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 18,6 mln. manat həcmində ipoteka krediti verilib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayı ilə müqayisədə 8,14% və ya 1,4 mln. manat artım deməkdir. Bununla belə, bu il banklar tərəfindən 149,1 mln. manatlıq ipoteka krediti verilib.

Cari ilin oktyabr ayında dövlət büdcəsindən AİF-ə 4,6 mln. manat həcmində vəsait ayrılıb.

Bu ilin oktyabrında AİF 14,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Oktyabrda Bakı Fond Birjasında 25 mln. manatlıq AİF istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il noyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 43 915,1 manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,64%, aylıq ödəniş isə 313,5 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR