Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində yeni müəssisə istifadəyə verilib

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsində yeni müəssisə istifadəyə verilib
# 29 iyul 2017 20:11 (UTC +04:00)

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli bölgəsində yem istehsalı üzrə yeni müəssisə istifadəyə verilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bölgənin Qardabani rayonunun Tsalaskuri kəndində yerləşən müəssisədə ay ərzində 60 tondan 100 tona qədər kombinə edilmiş yem və konsentratlar istehsal olunacaq. 10 nəfərin çalışacağı müəssisənin məhsulları daxili bazarda reallaşdırılacaq.

Kvemo-Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı və “Güzəştli aqro kredit” layihəsinin meneceri Levan Dolidze müəssisənin fəaliyyəti ilə tanış olublar.

Müəssisənin yaradılmasına 130 min dollar investisiya ayrılıb ki, bunun da 30 min dollarını güzəştli aqro kredit təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR