Bakıda Qida Sınaq Laboratoriyası yaradılır

Bakıda Qida Sınaq Laboratoriyası yaradılır
# 07 oktyabr 2008 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakıda İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Mərkəzi Qida Sınaq Laboratoriyası yaradılır. «APA-Economics»in məlumatına görə, bunu Xidmətin rəis əvəzi Aslan Cəfərov bildirib.
A.Cəfərovun sözlərinə görə, artıq dövlət büdcəsindən bu məqsədlə maliyyə vəsaiti ayrılıb, laboratoriyanın layihə-smeta sənədləri hazırlanıb və müasir avadanlıqlar alınıb.
Laboratoriyanın 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR