Azərbaycandakı lizinq şirkətlərinin nizamnamə kapitalının həcminə görə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin nizamnamə kapitalının həcminə görə renkinqi
# 14 may 2009 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin əsas göstəricilərinin qiymətləndirilməsi layihəsi çərçivəsində «APA-Economics» bu dəfə lizinq təşkilatlarının nizamnamə kapitalı üzrə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətlərinin nizamnamə kapitalının həcmi (2009-cu il aprel ayının 1-nə) barədə məlumat verilir:

(mln. AZN)

Lizinq təşkilatları

Nizamnamə kapitalı

1

UniLeasing

1,80

2

AGLeasing

1,00

3

AtaLeasing

1,00

4

Joint Leasing

0,70

5

Texnika Leasing

0,20

6

Nikoil Leasing

0,10

7

Parex Leasing & Factoring

0,05



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında nizamnamə kapitalının həcminə görə ilk yeri «UniLeasing» şirkəti tutur. İlk üçlüyə həmçinin «AGLeasing» və «AtaLeasing» şirkətləri daxildir. Bu üç şirkətin məcmu nizamnamə kapitalının həcmi iilk rübün sonuna 3,8 mln. manat (4,7 mln. ABŞ dolları) təşkil edib.
Sonrakı yerləri tutan 4 şirkətin nizamnamə kapitalının ümumi həcmi isə bu göstəricidən 3,6 dəfə azdır.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR