Gürcüstanda əfv gözlənilir

Gürcüstanda əfv gözlənilir
# 29 dekabr 2009 13:21 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Bu gün Gürcüstan Əfv Komissiyası 132 məhbusun işini nəzərdən keçirəcək.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, bütün kateqoriyalardan olan bu məhbuslar Yeni ilə qədər əfv oluna bilər.

Komissiyanın təmsilçisi Eka Xerxeulidze bildirib ki, işinə baxılan məhbusların arasında həm yüngül, həm də ağır cinayət törədib cəza müddətinin yarısını çəkən və müsbət xarakterizə olunanlar var. Onların arasında 14 qadın və 4 yetkinlik yaşına çatmayan şəxs var. Amma 3 yeniyetmənin əfv olunmayacağı dəqiqdir.

Sabah Əfv Komissiyası öz qərarını prezidentə göndərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR