Dow Jones indeksi 1%, S&P 500 0,8%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 0,8%, Nasdaq 1,1% yüksəlib
# 26 iyul 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyulun 23-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 10 425 bəndədək, S&P 500 0,8% - 1 103 bəndədək, Nasdaq 1,1% - 2 269 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən iki amil təsir edib. Bunlar biri Avropa bankların keçirilmiş stress-testlərə müsbət reaksiya verməsi, ikinci isə bir sıra Amerika şirkətlərin müsbət hesabatları olub.
Stress-testlərin nəticələri, həmçinin Avropa fond bazarlarında də əsasən artım tendensiyaları yaradıb. Nəticədə, iyulun 23-də FTSE 100 indeksi 0,1% - 5 313 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 607 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 166 bəndədək yüksəlib.
İyulun 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 187,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2937 (+0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR