Mərkəzi Bank auditor seçir

Mərkəzi Bank auditor seçir
# 04 mart 2016 06:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı Maliyyə Hesabatının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarının auditinin keçirilməsi üçün audit xidmətlərinin satınalınması məqsədi ilə tender elan edib.

APA-Economics”in məlumatına görə, tender 2016, 2017 və 2018-ci maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audit Standartlarına uyğun keçirilməsi məqsədini daşıyır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 200 manat məbləğində vəsait köçürməlidir.

Tender proseduru bu ilin aprelin 12-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Tenderin nəticəsi Azərbaycan prezidenti tərəfindən təsdiq edildikdən sonra tenderin qalibi elan ediləcək.

Qeyd edək ki, audit iki ay müddətində aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR