Azərbaycan Ordusunun zabiti şəhid olub

Azərbaycan Ordusunun zabiti şəhid olub
# 07 dekabr 2015 08:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR