Sorğu: Klinton Trampı qabaqlayır

Sorğu: Klinton Trampı qabaqlayır
# 23 sentyabr 2016 22:42 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 4% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 41 faizini, Tramp isə 37 faizini toplaya bilər.

Sentyabrın 16-dan 22-dək keçirilən sorğuda 1559 respondent iştirak edib. Sentyabrın 26-da prezidentliyə namizədlərin ilk teledebatları baş tutacaq.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR