İrəvanda konstitusiya islahatları əleyhinə mitinq keçirilir

İrəvanda konstitusiya islahatları əleyhinə mitinq keçirilir
# 02 oktyabr 2015 18:06 (UTC +04:00)

Bakı – APA. İrəvanın mərkəzində, Azadlıq meydanında konstitusiya islahatları əleyhinə mitinq keçirilir.

APA-nın news.am-a istinadən verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində “Yox” plakatını tutublar.

Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və “İrs” partiyasının nümayəndələri çıxış edəcəklər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər. Mitinqdən sonra yürüşün keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR