Çində torpaq sürüşməsi nəticəsində 26 nəfər itkin düşüb

Çində torpaq sürüşməsi nəticəsində 26 nəfər itkin düşüb
# 29 sentyabr 2016 02:54 (UTC +04:00)

Bakı-APA. Çinin Çetzyan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 26 nəfər itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 15 nəfəri xilas etmək mümkün olub.

Torpaq sürüşməsinə “Meqi” qasırğasının yaratdığı leysan yağışlar səbəb olub. Əyalətdə 20 ev torpaq altında qaldığı bildirilir. Bölgədə xilasetmə və axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR