Biləsuvarda avtomobil yanıb

Biləsuvarda avtomobil yanıb
# 25 noyabr 2015 21:28 (UTC +04:00)

Bakı-APA. Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Yuxarı Ağalı kəndində vətəndaşa məxsus “LUAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR