Laçının işğalına həsr olunan “Əsirlik həyatı” filminin təqdimatı keçirilib

Laçının işğalına həsr olunan “Əsirlik həyatı” filminin təqdimatı keçirilib
# 18 may 2016 14:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində “Əsirlik həyatı” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümünə həsr olunan film Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə lentə alınıb.

Təqdimat mərasimində millət vəkili Aqil Abbas, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Qarabağ müharibəsi veteranı Xəyyam Nəsirov çıxış edərək Laçın rayonunun tarixindən, Azərbaycan mədəniyyəti və elminə verdiyi töhfələrdən, rayonun mədəniyyət abidələri və strateji əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Gültəkin Nərimanın rejissoru olduğu “Əsirlik həyatı” adlı sənədli film bir ailənin iki övladının əsirlik həyatından bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR