Bakıda "Sumqayıt hadisələri haqqında şahidin dedikləri" adlı kitabın təqdimatı olub

Bakıda "Sumqayıt hadisələri haqqında şahidin dedikləri" adlı kitabın təqdimatı olub
# 26 noyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakıda "Sumqayıt hadisələri haqqında şahidin dedikləri" kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, kitabın müəllifi Səadət Qədirova bildirib ki, rus dilində nəşr olunan kitab 1988-ci ilin fevral ayında baş verən Sumqayıt hadisələrinə həsr olunub və keçmiş SSRİ-nin Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq işləmiş Vladimir İvanoviç Kaliniçenko ilə müsahibə şəklində yazılıb.

"Kaliniçenko Sumqayıt hadisələrini şəxsən tədqiq edib və bu hadisələrin canlı şahididir. Buna görə də müsahib kitabda bu hadisələrin təşkili və necə baş verməsi haqqında oxuculara geniş məlumat verib", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR